SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dənizkənarı parkda maraqlı hadisə baş verib.

 
BAKU.WS-in məlumatına görə, bir nəfər paytaxt sakini Bulvar ərazisində istirahət edərkən yerə plastik butulka və kağız parçası atan şəxsləri videoya çəkib. Daha sonra ətrafı çirkləndirən həmin ailəyə müraciət edən şəxs zibilləri götürərək zibil qutusuna atmalarını xahiş edib. 

Zibili yerdən götürmək istəməyən ailə üzvləri videonu çəkən şəxsin təkidlərinə məhəl qoymayıb. Ancaq sonradan video çəkən şəxsin polisə müraciət edəcəyini deməsi vəziyyəti dəyişib. Videodan göründüyü kimi gənc oğlan yerə atdıqları zibilləri götürərək ərazidən uzaqlaşıb.

Həmin görüntüləri sizə təqdim edirik: 
 
BAKU.WS