VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Erməni mətbuatı 26 hərbçisinin Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşdüyünü etiraf edib.
 
BAKU.WS-in məlumatına görə, ermənilər hələ də Qarabağda nə qədər əsgər itirdiklərini ciddi cəhdlə gizlətməkdə davam edirlər. 

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatında isə bildirilir ki, panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır. Sosial şəbəkələrdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qoyub qaçdıqları meyitlərin yeni foto və video görüntüləri yayılıb.
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin son günlər cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı məhv edilən erməni hərbi qulluqçularının sayı günbəgün artır. Ermənistan siyasi və hərbi rəhbərliyinin itkilərin sayını təkidlə azaltmasına baxmayaraq, əldə olunan son dəqiq məlumatlara əsasən döyüş toqquşması zamanı Azərbaycan tərəfinin zərbələri nəticəsində 200-ə yaxın erməni hərbçi məhv edilib, 600-dək hərbi qulluqçu isə yaralanıb. Ölənlərin arasında general və polkovnik rütbəli hərbi qulluqçular da var.

 BAKU.WS