SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
"Azərbaycan əsgəri mülki əhali ilə müharibə aparmır. Azərbaycan əsgəri yalnız bizim işğal olunmuş ərazilərimizə qeyri-qanuni soxulan silahlı ermənilərlə mübarizə aparır”.
 
BAKU.WS-in məlumatına görə, bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlama verib. O, erməni mətbuatında azərbaycanlıların mülki erməniləri qətlə yetirməsi barədə iddialarını şərh edərkən bu barədə bildirib.

Ermənilər iddia ediblər ki, Azərbaycan əsgəri azad edilmiş Talış kəndidə qalan və kənddən çıxmağa macal tapmayan bir neçə nəfəri güllələyiblər.

Polkovnik Dərgahlının sözlərinə görə, ordumuz hazırda erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması ilə məşğuldur: "Əsgərlərimiz heç bir mülki əhaliyə qarşı silah işlətmir və zor tətbiq etmir. Bu ermənilərin uydurmasından başqa bir şey deyil”. 

MN polkovniki erməni mətbuatının yalanlarını ifşa etdikdən sonra cəbhədəki son vəziyyətə də toxunub: "Vəziyyət gərgin olaraq qalır. Bütün cəbhə boyu, o cümlədən Ağdərə, Tərtər Füzuli və Xocavənd istiqamətində vəziyyət gərgindir".
 
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

BAKU.WS