VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Ordusunun aprelin 2-də cəbhə xəttində gerçəkləşdirdiyi uğurlu döyüş əməliyyatlarında öldürülmüş Ermənistan Ordusunun hərbçilərinin meyitlərini əks etdirən video görüntülər yayımlanıb.

"AzeriDefence”nin xəbərinə görə, sosial şəbəkələrdə yer alan videoda səngərlərdə öldürülmüş erməni hərbçilərinin meyitləri açıq görünür. Erməni hərbçilərinin meyitləri Azərbaycan Ordusunun nəzarətindəki ərazilərdədir.

Qeyd edək ki, Füzuli-Cəbrayıl istiqamətində təkcə Lələtəpə yüksəkliyində Ermənistan Ordusuna məxsus möhkəmləndirilmiş mövqelərdə 21 erməni hərbçisinin meyitinin qaldığı bildirilir. Hərbçilər birinci eşalon müdafiə mövqelərində çox sayda erməni əsgərinin meyitinin qaldığını bildirirlər.
 
BAKU.WS
 
[media=]