SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprelin 2-də Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.
 
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Belarus prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.

Prezident İlham Əliyev belaruslu həmkarını son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.
 
BAKU.WS