SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə görə, Azərbaycan və Ermənistanlı həmkarı Elmar Məmmədyarov və Eduard Nalbandyana zəng edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, telefon danışığnda qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.
 
"Rusiya Prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi fəaliyyətlərin bərpasına reaksiyası, eləcə də Rusiya tərəfinin vəziyyətin normallaşdırılması üzrə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarda atdığı addımlar fonunda Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb", - Rusiya XİN-in yaydığı məlumatda deyilir.

BAKU.WS