SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq 2 aprel 2016-cı il tarixində səhər saatlarından Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri ilə kəsişməsi arasında yerləşən 780 metrlik hissəsində təmir işləri bitənədək tətbiq olunacaq.

Sürücülərdən aparılacaq təmir işlərini nəzərə alaraq, öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.
 
BAKU.WS