SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yol polisi əməkdaşını maşın vurub.
 
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində "Azneft” dairəsində qeydə alınıb.
 
Polisin "saxla" əmrinə tabe olmayan "Daewoo” markalı avtomobil xidmətdə olan yol polisi inspektorunu vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü Bayraq Meydanı yaxınlığında saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Xəsarət alan polis əməkdaşının Nəsib Həsənov olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
BAKU.WS