Qax rayonunda qanunsuz dini dərnəklərin qarşısını almaq üçün əməliyyat keçirilib.
 
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, əməliyyat Qax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.  Məhkəmə qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilib.  Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq, qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin həmin dini təriqətlə məşğul olması müəyyən edilib. Onlardan 44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakinidir.  
 
Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb. 
 
BAKU.WS