SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, Zabrat- Kürdəxanı yolunda şagirdləri daşıyan "Ford" markalı mikroavtobus "Niva" ilə toqquşub. "Ford"da olan şagirdlərdən bir neçəsi yaralanıb. Onlar təcili 3 saylı xəstəxanaya aparılıblar.
 
Məsələ ilə bağlı hadisənin baş verdiyi əraziyə nəzarət edən Sabunçu PRİ-nin 15-ci Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmədən bildirdilər ki, onlar yol-nəqliyyat hadisələrinə baxmırlar. Ona görə də məlumat üçün Sabunçu RPİ-nin özünə müraciət etmək lazımdır.

Sabunçu RPİ-dən isə deyiblər ki, hələlik onlarda Zabrat-Kürdəxanı yolunda "Ford" və "Niva"nın toqquşması barədə heç bir məlumat yoxdur.

Sabunçu rayonundakı 3 saylı klinik xəstəxanasından isə bildiriblər ki, xəstəxanaya bu gün səhər hər hansı yol qəzasında xəsarət almış uşaq gətirilməyib.
 
BAKU.WS