SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazaxıstanın Bek Air aviaşirkətinin təyyarəsi bu gün səhər saatlarında Astana hava limanında qəza enişi edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov verib.

"Bu gün saat 10:37 radələrində Astana aeroportunda Bek Air şirkətinin Qızılorda-Astana marşrutu üzrə uçan təyyarəsi qəza enişi edib. Qəzanın texniki səbəbləri bəradə şirkət özü məlumat verəcək” - İmankulov deyib.

Təyyarini göyərtəsində 116 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alan olmayıb.

Qeyd olunur ki, təyyarə eniş edərkən onun qabaq şassiləri açılmayıb. 
 
BAKU.WS