VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhur rusiyalı prodüser Viktor Belarusiyanın "Eurovision 2016" təmsilçisinin hər kəsi şok etməyə hazırlaşdığını bildirib. 

BAKU.WS-in Axşam.az-a istinadən verdiyi xəbərə görə, Aleksandr İvanov (İvan) adlı təmsilçi səhnəyə lüt və canavarlarla birlikdə çıxmağı planlaşdırır. 

Səhnədə vəhşi heyvandan istifadə etmək üçün İvan xüsusi icazə almalıdır. Prodüserin sözlərinə görə ifaçı razılıq almaq üçün əlindən gələni edir. 

Qeyd edək ki, Aleksandr "Eurovision 2016"da ölkəsini "Help you fly" mahnısı ilə təmsil edəcək. Musiqi yarışması mayın 10-dan 16-na kimi İsveçin paytaxtı Stokholmda keçiriləcək.
 
BAKU.WS