SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yol tikintisi başlayır. 

BAKU.WS "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə istinadən məlumat verir ki, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında prezidentinin sərəncamına uyğun olaraq 26 mart tarixindən etibarən sözügedən avtomobil yolunda tikinti işlərinə start verilir.

Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. "Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyyə olunur", deyə ASC-dən bildirilib.

Adıçəkilən yolun təmiri ilə bağlı prezident sərəncamı mart ayının 7-də imzalayıb. Sərəncama əsasən 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.
 
BAKU.WS