SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyü 720 kv.m sahədə yanıb.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
 
Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS