SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 6 mərtəbəli binada yanğın baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m olan 6 mərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 230 kv.m sahədə, 1-ci mərtəbədən 6-cı mərtəbəyə qədər pilləkən qəfəsi, mərtəbələrdə olan xolların divarlarına vurulmuş taxta üzlüklər 340 kv.m sahədə və mansard hissəsi 40 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Qeyd edək ki, ötən gün həmin ünvanda yanğın hadisəsi baş vermiş və yanğının qarşısı yanğınsöndürmə briqadaları tərəfindən alınmışdı.

BAKU.WS