Dağıstanının Mahaçqala şəhərində ləzgi separatçılarının başçısı Nazim Hacıyev öldürülüb.

BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə "Sadval" terror təşkilatının başçısı Nazim Hacıyev Mahaçqaladakı mənzilində çoxsaylı bıçaq zərbələri ilə ölmüş vəziyyətdə aşkar olunub.

Qeyd edək "Sadval" Azərbaycanda ekstremist və terror təşkilatı kimi tanınır. Terror təşkilatı 1994-cü ilin martın 19-da metronun "20 yanvar" stansiyasında terror aktı törətmişdi. Terror hadisəsi zamanı 14 nəfər ölmüş, 49 nəfər isə yaralanmışdı. 
 
BAKU.WS