VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yeni velosiped oğruları ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, Nəsimi rayonu Cavadxan kücəsində yerləşən hündürmərtəbəli binalardan birinin müşahidə kamerasına düşən görüntülər oğruları ələ verib. 
 
Əsasən yeni tikililərə üz tutan oğrular mərtəbə-mərtəbə gəzərək velosipedləri götürürlər. 4 nəfərdən ibarət dəstə oğurladığı velosipedləri liftlə aşağı endirib binanı tərk edirlər.
 
Müşahidə kameralarından da göründüyü kimi oğrular başlarına papaq və kapişon taxaraq üzlərini gizlətməyə çalışıb.
 
BAKU.WS sözügedən hadisənin görüntüsünü təqdim edir:
 
Şahin Həbibov
BAKU.WS