SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı metrosunda polislə gül satan qadın arasında insident baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisə metronun Gənclik stansiyasının çıxışında qeydə alınıb. Belə ki, polislər metronun çıxışında gül satan qadına küçə satışının qadağan olduğunu bildiriblər. Kiçik mübahisədən sonra polis əməkdaşı yaşlı qadına müdaxilə edərək onu metro ərazisindən kənara çıxarmağa çalışıb.
 
Hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb və insanlar arasında kəskin reaksiyaya səbəb olub. 
 
BAKU.WS məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisə ilə bağlı məlumatlı olduqlarını və araşdırma aparıldığını bildirib. 
 
Şahin Həbibov
BAKU.WS