VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.


BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar ucuzlaşaraq 38,24 dollar olub.
 
Londonun İCE birjasında isə "Brent” markalı neftin bir barrelinin qiyməti 1,66 dollar azalaraq 42,69 dollar təşkil edib. Ucuzlaşma "AzəriLayt” markalı neftdə də qeydə alınıb. Azərbaycan yüngül neftinin bir barrelinin qiyməti London birjasında 2,24 dollar ucuzlaşaraq 43,99 dollar təşkil edib.
 
ŞAHİN Həbibov
BAKU.WS