SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gündən Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı yarmarkaları başlayır. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də təşkil ediləcək.

BAKU.WS anspress-ə istinadən bildirir ki, kənd təsərrüfatı yarmarkaları əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirilir. Yarmarkalar mart ayının 20-dək davam edəcək.

Yarmarkaların baş tutacağı ünvanlar bunlardır:

Bakı şəhəri üzrə:

- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

- Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)
 
BAKU.WS