SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində – Ermənistan Ordusunun cəbhənin dərinliyindəki obyektinə vurduğu zərbənin təfərrüatları məlum olub.

"AzeriDefence”nin məlumatına görə, martın 10-dan 11-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin dərinliyində yerləşən ermənilərin  Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsinə zərbə endirib.

Hücum nəticəsində hərbi hissənin istifadəsində yer alan P-18 və P-19 radiolokasiya stansiyaları, habelə bu stansiyaların enerji təminatını həyata keçirən dizel generatoru məhv edilib, hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. İlkin məlumatlara görə ən azı 15 hərbi qulluqçu həlak olub.

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısının alındığını açıqlayıb.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə Ermənistan Ordusunun təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
 
BAKU.WS