SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin təyin edilməsi haqqında sərəncam verib. 
 
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"Rüfət Cəbrayıl oğlu Aslanlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilsin".
 
Dövlət başçısının digər bir sərəncamına əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilib.
 
"İslam Əli oğlu Əliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin",- deyə prezidentin sərəncamında qeyd edilib.
 
BAKU.WS