SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 11-nə 1,6456 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,6315 manata bərabər olub.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
 
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.71 manatdan baha sata bilməzlər. 
 
BAKU.WS