VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dayanacağı da dövlət yaradıb, dayanacaqdakı maşını da aparanlar dövlət işçiləridir

Bu gün səhər saatlarında «Əhmədli» metrostansiyasının yaxınlığındakı ödənişli dayanacaqda park edilmiş «VAZ-2104» markalı, 10 UA 265 dövlət nömrə nişanlı avtomobil 10 RP 404 dövlət nömrə nişanlı evakuator vasitəsilə təxliyyə edilib. Bu barədə Avtosfer.az-a oxucular məlumat verib. Bildirilir ki, həmin ərazi xeyli müddətdir ödənişli dayanacaq kimi istifadə olunur. Lakin bu gün dayanacaqdakı avtomobilin evakuator vasitəsilə aparılması çaşqınlıq yaradıb. Çünki dayanacağı da dövlət yaradıb, dayanacaqdakı maşını da aparanlar dövlət işçiləridir.

Belə çıxır ki, Dövlət Yol Polisi İdarəsi Bakı şəhər İcra Hakimiyyətinin təyin etdiyi parkinqləri tanımır. Yaxud da, Bakı şəhər İcra Hakimiyyəti Dövlət Yol Polisi İdarəsi ilə razılaşmadan harada gəldi dayanacaq yaratdığı üçün DYP bunun acısını sürücülərdən çıxarır. Hər halda, iki dövlət qurumu bir-biri ilə yola getmirsə, bunun ziyanı sadə vətəndaşa dəyməməlidir…
 
BAKU.WS