VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycanda neftdən sonrakı dövr başlayıb. Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır".
 
Bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. ​

Neftin qiymətinə də toxunan dövlət başçısı heç kimin bu düşüşə hazır olmadığını deyib. "Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var".
 
Prezidentin sözlərinə görə, Azərbaycan vahid nəqliyyat xətti yaradır. O qeyd edib ki, Şərq-Qərb dəhlizi işə başlayıb. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir.

Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihələrindəndir.  Bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq. "Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq".

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu başlayıb. Forum iki gün davam edəcək.
 
BAKU.WS