VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

BAKU.WS
"Report”a istinadən xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, rejissor bu gün günorta saatlarında Əmircan qəbirsanlığında, oğlu R.Əliyevin yanında dəfn olunacaq.

Xatırladaq ki, F.Əliyevin 43 yaşlı oğlu Rəşad Əliyev də yaxın günlərdə dünyasını dəyişib. İctimai Televiziyanın (İTV) əməkdaşı olan R.Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb.

F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Yuxu”, "Axırıncı dayanacaq”, "Ölüm növbəsi” və s. filmlərin rejissoru olub.

BAKU.WS