VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Göygöl rayon sakini intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

BAKU.WS
xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Cavanşir Valeh oğlu Aşırəliyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan 37 yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirlib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Onun özünü yandırmasına səbəb həyat yoldaşının ata evinə qayıtması olub. Cavanşir Aşırəliyev tüfeyli həyat tərzi keçirir və tez-tez ailəsi ilə mübahisə edirmiş. Bunu görən həyat yoldaşı uşaqlarını da götürüb atası evinə qayıdıb. 37 yaşlı kişi isə həyat yoldaşı qayıtmasa özünü yandıracağını bildirib. Səylərinin nəticəsiz qaldığını gördükdə isə özünə od vurub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS