VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

BAKU.WS bu günün ulduz falını təqdim edir:


Qoç - Söhbətlərdə dəqiqlik və müəyyənlik, reaksiyalarda konkretlik gözləməyin. Vədlərin çoxu yerinə yetirilməyəcək, sizə diqqət nişanələri azalacaq. Özünüzü rahat və təhlükəsiz hiss edəcəyiniz məkanı seçin. İşgüzar və şəxsi münasibətlərinizin olduğu insanlarla mübahisə etməyin. Sərt tənqidlərə varmayın.

Buğa - Səhər saatlarından etibarən işlərdə müəyyən kurs və ya istiqamət yoxdur. Bir qədər sonra tonusla nikbinliyi bərpa edin. Günün ikinci yarısına yaxın axınla hərəkət edin. Yaxın ətrafınızdakı insanlara niyyətiniz və ya planlarınızla bağlı hesabat vermək məcburiyyətində deyilsiniz. Təkbaşına çalışın, müstəqil olun. Yardım istəyən insana dəstək verin. Əvəzində minnətdarlıq eşidəcəyinizi düşünməyin. Ətrafdakı insanların davranış motivləri dəyişkəndir və emosiyalara məruz qalır.

Əkizlər - Əgər hər şeyi dürüst etsəniz, perspektivlər güclənəcək, münasibətlərin yeni məqamları görünəcək. Axşam saatlarında istirahəti təxirə salmayın, qüvvənizi bərpa edin. Planlarınızı götür-qoy edin. Diqqətli olun, dəyişikliklər və yeniliklər artıq başlanır.

Xərçəng - Sakit, aramla, soyuqqanlı şəkildə çalışın. Ətrafdakıların əsəbləri ilə oynamasanız, ciddi heç nə baş verməyəcək. Çoxdan bəri planlaşdırdığınız işi görmək üçün yaxşı vaxtdır. Kənardan təzyiqlərə və müdaxilələrə imkan verməyin. Günün ikinci yarısı sizə gərəkli nəsnə və informasiyanı verəcək. Hansısa istiqamətdə işlər sürətlə gedirsə və hər şey yaxşıdırsa, prosesi süni təkanlarla tələsdirməyin. Bütün işləri ataraq səyləri bir istiqamətə yönəltmək və pulları sağa-sola xərcləməyə dəyməz.

Şir - Situasiyalar maraqlıdır, amma birmənalı deyil. Təfərrüatları dəqiqləşdirin, mütəxəssislərlə məsləhətləşin. Bütün problemlərə rəğmən planlarınızda olan işləri görün, nikbin davranın. Situasiyanı süni şəkildə tələsdirməyin. Sizə kiminsə israrla təqdim etməyə çalışdığı nəsnəni şübhə ilə yoxlayın.

Qız - Başqalarının yaşamına, işlərinə qəfil müdaxilə etməyin. Təklif olmadan kimsənin problemlərinin həllinə can atmayın. Əks təqdirdə çoxsaylı problemlərlə qarşılaşacaq, onları həll etmək məcburiyyətində qalacaqsınız. Planlar qurun, qatılmaq istədiyiniz oyunun fiqurları ilə əlaqələri intensivləşdirin. Prioritet və məqsədlər dəyişir, qaydalara yenidən baxılır. Axşam saatlarında böyük gərginlik tələb edən işlərlə məşğul olmayın.

Tərəzi - Gərginlik artır. İlk növbədə, səhhətinizi qoruyun, qüvvənizi qənaətlə xərcləyin. Münasibət və işlərdəki incə müvazinəti pozmayın. İşlərinizi axardan çıxarmamaq üçün yanlış addımlar atıb tələsik qərarlar verməyin. Məqsədə doğru inamla irəliləyin, sizi yoldan sapdırmaq istəyənlərə fikir verməyin. Həddən artıq işlərə başlamayın. Çox iş çoxsaylı uğur demək deyil.

Əqrəb
- Gərgin gün olacaq. Çox çalışmalısınız. Buna görə də əlavə iş və ya sifarişə razılaşmayın. Sakit, məqbul, əlverişli şəraitdə çalışın. Passiv olmayın, başqalarının sizin maraqlarınızı tapdamasına və ya mənafe dairənizi zəbt etmələrinə imkan verməyin. Alış-veriş eyninizi açmayacaq. Pullar qəflətən "ərimək" məziyyətinə malikdir. Aldığınız əşyalar və ya mallar sizi razı salmayacaq, ya da tezliklə sıradan çıxacaq.

Oxatan - Səhər saatlarından etibarən aktiv çalışın. İşlərdə problemlər olsa da, ruhdan düşməyin. Çox işə başlayıb hər işdən qalmayın. Diqqətinizi bütünlüklə həll etməyə çalışdığınız məsələyə yönəldin. Düzgün qidalanın, rasionu formalaşdırın.

Oğlaq - Dəvət aldığınız tədbirə qatılın. Ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması istisna deyil. İnternetdə informasiya arayın. Peşəkar fəaliyyətiniz və ya başqa məqamlarla bağlı məlumatlar karınıza gələ bilər.

Dolça - Prosesin istədiyiniz intensivlik və məcrada olmadığı yerdə keçmişdən yapışıb qalmayın. İddiaların bəzilərindən əl çəkmək və ya nəyisə itirməklə barışmaq gərəkdirsə - tərəddüd etməyin. Bir müstəvidə itirəndə başqa müstəvidə mütləq şəkildə tapacaqsınız. Emosiyaların əsiri olmasanız, yeni perspektivləri görəcəksiniz.

Balıqlar - Ən kiçik impulslar, kənar amillər, üzə çıxan sirlər, faş olan mübhəmlər günün axarını çətinləşdirə bilər. Daxili gərginliyin formalaşması istisna deyil. Qarşılıqlı anlaşmanı pozmayın, münasibətlərdə inciklik və sərinləşməyə imkan verməyin. Sizə rəğbət bəsləyən insanın etimadını doğruldun.

BAKU.WS