VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfərə gəlib.

BAKU.WS-in məlumatına görə, bunu D.Roqozin öz Facebook səhifəsində yazıb. Baş nazirin müavini Bakıya səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcək. Görüşdə Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq barədə müzakirələr aparılacaq. 

D.Roqozinin Bakı səfərində hərbi əməkdaşlıq xüsusi xarakter daşıyır. Dünya birjalarında neftin qiymətinin düşməsindən sonra gəlirlərin azalması iki ölkə arasında silah satışı müqavilərinin yenidən baxılmasını zəruri edib.  

Bununla yanaşı, Azərbaycan tərəfinin Rusiyanın Ermənistana 200 milyon dollar həcmində silah satışı məsələsini də görüşdə qaldıracaq. 
 
Şahin Həbibov
BAKU.WS