SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda mobil operatoru "Bakcell" abunəçiləri üçün Facebook applikasiyasından pulsuz istifadə etmək fürsəti yaradıb.
 
BAKU.WS-in şirkətin saytına istinadla verdiyi məlumata görə, "Bakcell" nömrəsi istifadə edənlər martın 1-dən 31-dək kampaniyaya qoşularaq 6 ay boyunca pulsuz Facebook-dan faydalanacaq. 

Kampaniyaya qoşulmaq üçün *515#1# yes yığmaq lazımdır. Yeni CIN və Klass abunəçiləri kampaniyaya pulsuz qoşulur.

Facebook applikasiyasından PULSUZ xidmətlərə daxildir:

Şərhlər yazmaq və oxumaq, dostların şərhlərini paylaşmaq və bəyənmək
Şəkilləri səhifəyə yükləmək, paylaşmaq
Facebook applikasiyasının bütün standart funksiyalarından istifadə etmək
FB Messenger ilə söhbətləşmək, fayl, şəkil göndərmək*
FB applikasiyası daxilində video izləmək və paylaşmaq*

Facebook applikasiyasının xaricində istənilən səhifəyə keçid üçün sərf edilən İnternet trafik mövcud paketinizdən çıxacaq yaxud tarif planınıza uyğun xidmət haqqı tətbiq ediləcək.

FB Messenger ilə edilən səsli və video zənglərə sərf edilən İnternet trafik mövcud paketinizdən çıxacaq yaxud tarif planınıza uyğun xidmət haqqı tətbiq ediləcək.
Cari CIN və Klass abunəçiləri kampaniyaya qoşularkən balanslarından bir dəfəlik 0.99AZN xidmət haqqı çıxılacaq.
6 ay müddətində mütəmadi olaraq pulsuz facebook almaq üçün, hər ay balansınıza bir dəfəyə ən azı 3AZN yükləyin.
 
BAKU.WS