SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"BP "Şahdəniz" platformasında 20 günlük təmirdən sonra hasilatı bərpa edib".
 
Bunu "BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı BAKU.WS-ə açıqlamasında deyib. O bildirib ki, "Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqust ayında "Şahdəniz" platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz" qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib. 

BP rəsmisinin sözlərinə görə, planlaşdırılmış profilaktik işlərin, həmçinin inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün "Şahdəniz" platformasından hasilat avqustun 2-dən başlayaraq təxminən 20 gün ərzində dayandırılıb. Onun sözlərinə görə, bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.
 
BP sözçüsünün fikrincə, bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri məqsədilə həyata keçirilir. 
 
ŞAHİN Həbibov 
Ayşən Ayxan
BAKU.WS