SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna qanunsuz olaraq səfər edən rusiyalı iş adamı German Sterliqov Azərbaycanı Avropa məhkəməsinə verib. Bunu biznesmenin vəkili Artur Ayrapetov REN TV-yə açıqlamasında bildirib. 
 
BAKU.WS-in məlumatına görə, A.Ayrapetov şikayət ərizəsinin 26 avqust tarixində məhkəməyə təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın Sterliqova qarşı irəli sürdüyü ittiham və İnterpola axtarışa verilməsi cəfəngiyyatdır.
 
İnterpolun artıq istintaqı başa çatdırdığını bildirən Ayrapetov əlavə edib ki, Azərbaycan tərəfinin Sterliqova qarşı ittihamında siyasi motivlər hiss olunur. Vəkil iddia edir ki, məhz buna görə İnterpol istintaqı yekunlaşdırıb.

Xatırladaq ki, Sterliqov iyul ayında Rusiyadan Dağlıq Qarabağ ərazisinə səfər etmişdi. Azərbaycan tərəfi bunu Dağlıq Qarabağdaki erməni separatçılarına dəstək kimi qiymətləndirmişdi. Bunu əsas tutaraq Sterliqova qarşı cinayət işi qaldırılmışdı.
 
Ayşən Ayxan 
BAKU.WS