SİZİN REKLAM BURADA!
055 213 76 73



"Sürücü sərxoş olduğu, sənədləri qaydasında olmadığı, cinayət törətdiyi hallarda avtomobili idarəetmədən kənarlaşdırıla bilər. Ancaq bütün bunların hamısının hüquqi əsası olmalıdır".

 

Bunu BAKU.WS-ə açıqlamasında ekspert Ərşad Hüseynov Bakı şəhəri, Xətai rayonu ərazisində Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə qadın sürücü yaşanmış insidentə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər sürücü qanuni tələblərə tabe olmursa, Yol Patrul Xidmətinin (YPX) əməkdaşı güc tətbiq edə bilər. Amma YPX əməkdaşı fiziki gücü peşəkar və qanunun tələblərinə uyğun tətbiq etməlidir.


"Bunu o adama qarşı tətbiq etmək olar ki, o, basqın etmiş və ya cinayət törətmiş olsun. Videogürüntüdə tam aydın olmur ki, həmin hadisə nəyə görə baş verib. Amma müəyyən faktlar var. Məsələn, qadın avtomobili sürücülük vəsiqəsi olmadan idərə edir. Buna görə də, həmin sürücü avtomobilin idaretməsindən kənərlaşdırılır. Sürücü əgər qanuni tələblərə tabe olmursa, həmin sürücüyə onun hərəkətlərinin nə ilə nəticələnəcəyi izah olunur və ona bildirilir ki, sizin bu hərəkətiniz bir ay müddətində inzibati həbs olunmağınıza səbəb ola bilər. Bütün bunlardan sonra sürücü yenə də tabe olmursa, ona qarşı fiziki qüvvə tətbiq oluna bilər. Həmin fiziki gücü yol polisi də tətbiq edə bilər. Post Patrul Xidməti (PPX) isə o zaman çağırılır ki, YPX əməkldaşlarının mövcud vəziyyətlə bağlı qüvvələri çatmır. Amma yol polisi fiziki gücü peşəkar və qanunun tələblərinə uyğun tətbiq etməlidir. Yol polsi qadının qolundan tutub onu yerə atır. Birdaha deyirəm, bunu o adama qarşı tətbiq etmək olar ki, o, basqın etmiş olsun", - Ə.Hüseynov bildirib.


Ekspert deyib ki, videoda polisin vətəndaşla psixoloji söbətini görmək olmur. Görüntülərdə polis əməkdaşı qadını yerə çırpır ki, bu da peşəkarlıqdan uzaqdır. Digər bir məsələ polis əməkdaşı sürücünün razılığı ilə maşını cərimə meydançasına aparmalıdır. Əgər sürücü narazıdırsa, yalnız evakuator vasitəsilə maşın aparıla bilər. "İstənilən halda orada polisin həmin qadını yerə çırpması hüquqi cəhətdən adekvat addım deyil. Yəqin ki, Daxili İşlər Nazirliyi həmin əməkdaşını cəzalandıracaq”.


Qeyd edək ki, hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Qadın sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Üstəlik maşının qabaq sağ tərəfi əzik olub. Sürücü yol polisinin saxla-dur əmrinə əhəmiyyət verməyib. Yanında kişi sərnişin olub.


Yol polisləri nəhayət tədbir görüb maşını saxlayıblar. Qadın qapıları bağlayıb və maşından düşmək istəməyib. Sürücünün sənədi olmayıb. Polisə müqavimət göstərib və onun üzünü yaralayıb. Hazırda xəsarət alan yol polisi xəstəxanadadır. Buna baxmayaraq yol polisi əmrə tabe ola bilməyən sürücünü saxlaya bilib. Hadisə ilə bağlı məhkəmə də keçirilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də yanındakı sərnişin 200 manat cərimələnib.


Qeyd edək ki, hadisə ilə bağlı "Bakıda qadın sürücünün döydüyü yol polisi xəstəxanaya düşdü" və "Bakıda yol polisindən növbəti özbaşınalıq: qadın sürücü yolun ortasında döyüldü" xəbərlərində ətraflı məlumat vermişdik.


BAKU.WS