SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mən özümü çox pis hiss eliyirəm. Bu gün mən anamı, arxamı, dayağımı itirmişəm. Çox çətindir, amma neyləmək olar? Hamımızın taleyi belədir".
 
BAKU.WS-in məlumatına görə, bunu xalq artistinin oğlu Orxan Nadirov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, insanın alın yazısı hara kimi yazılıbsa, elə ora qədərdir: "Dünən bir balaca insident olub. Mən jurnalistlərdən dəfələrlə üzr istəyirəm. İstəməzdim ki, belə bir vəziyyət yaransın. Dünən jurnalistlər məndən soruşurdu ki, nə hiss keçirirsən? Bu toy deyil, konsert deyil. İnsanın əzizi öləndə nə hiss keçirir? Ölüm gəlib bizim də qapını döydü".
 
Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, xalq artistləri Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva və digər şəxslər iştirak edir.

Ayşən Ayxan
BAKU.WS