VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda gənc idmançı qətlə yetirilib. 

BAKU.WS-in məlumatına görə, bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook hesabında yazıb. Adil Əliyev kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib. Odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur.

Qətl hadisəsi Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında törədilib. Sözügedən ərazidə yerə avtomobil şüşəsinin qırıqları tökülüb. Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi yerdə araşdırmalar aparırlar.
 
BAKU.WS