VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, Ağsu aşırımı buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.

Yolun buz bağlaması qəzaya səbəb olub. Şamaxı yolunda "Qazel” markalı yük maşını buzlu yolda sürüşərək yol kənarına aşıb. Sürücü xəsarət alıb.

Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.
 
BAKU.WS