SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda itkin düşən məktəbli uşaqlar tapılıb.

BAKU.WS
-in məlumatına görə, uşaqlar Hövsan qəsəbəsində tapılıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, məktəblilərdən birinin nənəsi həmin qəsəbədə yaşayır. Uşaqlar da məhz ora gedibmişlər.

Qeyd edək ki, ötən gün saat 07 radələrində Bakının Nizami rayonunda 11 yaşlı İsmayıl Safıyev və onun sinif yoldaşı Şamil Babayev evdən məktəbə getmək adı ilə çıxıb və itkin düşüblər. Onlar 32 saylı orta məktəbdə təhsil alırlar. Bu barədə "Bakıda 11 yaşlı 2 məktəbli itkin düşdü" adlı materialda məlumat vermişdik.

Ziya Babayev
BAKU.WS