SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Beynəlxalq Avtovağzalında sərnişinlər biletsiz avtobuslara minirlər. Bu avtovağzalda sərnişinlərin böyük əksəriyyəti mənzil başına bilet almadan gedirlər. Bilet əvəzinə sürücüyə pul verirlər və bu məbləğ biletdən 50 faiz baha olur.

BAKU.WS Xəzərxəbərin hazırladığı sujeti təqdim edir:

Bakı Beynəlxalq Avtovağzalında əksər sərnişinləri danışdırsanız, eyni cavabı alarsınız. Çünki paytaxtdan rayonlara gedən sərnişinlərin böyük əksəriyyəti kassadan bilet almaq əvəzinə, sürücüyə pul verməklə mənzil başına çatırlar. Üstəlik, kassa bileti ilə sürücünün tələb etdiyi məbləğ arasında 50 faizədən fərq olur.

Az sayda da olsa, biletlə sərnişin daşıyan avtobus sürücülərinə də rast gəldik.

Bəzi hallarda isə kassadan bilet alan sərnişin avtobusa mindikdə onun yerində başqa bir sərnişinin əyləşdiyini görür. Bu isə müəyyən mübahisələrə səbəb olur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü Məhəmməd Abduallayev isə məsələdən xəbərdar olduqlarını deyir.

BAKU.WS