SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün Bakının Nizami rayonunda 11 yaşlı 2 uşaq itkin düşüb.


BAKU.WS-in məlumatına görə, dünən saat 07 radələrində 11 yaşlı İsmayıl Safıyev evdən məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Onun anası ilə birlikdə metronun "Qara Qarayev” stansiyası yaxınlığında yaşadığı bildirilir. İsmayıl Safıyev 32 saylı orta məktəbdə təhsil alır.

İsmayıl evdən çıxarkən əynində göy şalvar, tünd qırmızı kurtka və şabalıdı botinka olub. İsmayılla birlikdə onun sinif yoldaşı Şamil Babayev də olub. Şamil Babayevin də 11 yaşı var. O evdən çıxarkən əynində qara kurtka, göy şalvar, ağ krassovka olub.

Uşaqların yoxa çıxması barədə Nizami rayon Polis İdarəsinə və 25-cü polis bölməsinə bildirilib. Polisdən BAKU.WS-ə verilən məlumata görə, məktəblilərin axtarışlarına başlanılıb.

 

Ziya Babayev

 

BAKU.WS