VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Milli Məclisin fevralın 23-də müzakirə edəcəyi 2016-cı ilin yeni dövlət büdcəsi layihəsinin detalları məlum olub.

Layihədə büdcənin gəlirlər hissəsi 2 milyard 256 milyon manat və yaxud 15,5% artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 2 milyard 231 milyon manat və yaxud 13,7% artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin öhdəliyi 6,2% artımla 7 milyard 10 milyon manat, Dövlət Gömrük Komitəsinin öhdəliyi 13,8% artımla 1 milyard 810 milyon manat nəzərdə tutulub. Dövlət Neft Fondundan transfertlər isə 26,9% və yaxud 1 milyard 615 milyon manat artırılaraq 7 milyard 615 milyard manata çatdırılıb. Bu, büdcə gəlirlərinin 45,3%-i qədərdir. Digər gəlirlərin isə 13 milyon manat artırılması planlaşdırılır.

Xərclərin strukturuna gəlincə isə sosial istiqamətdə ayırmalar 1 milyard 290 milyon manat artırılıb. Ümumiyyətlə isə, büdcə xərclərinin 65,5%-i cari xərclər, 24,9%-i kapital qoyuluşu xərcləri, 9,6%-i isə dövlət borcu ilə bağlı xərclərdir.

Yeni büdcənin layihəsində neftin 1 barrelinin qiyməti 2 dəfə azaldılaraq 25 dollara salınıb.

İnterfaks-Azərbaycan
BAKU.WS