SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dollar bir həftəlik tətildən sonra yenidən digər valyutalar qarşısında bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Çinin yuanı möhkəmləndirmək cəhdləri, ABŞ Mərkəzi Bankının (Fed) dolların uçot dərəcəsini artırmayacağı ilə bağlı fikirlərin səngiməsi dolların avro və yen qarşısında bahalaşmasına səbəb olub. 

ABŞ dolları artıq ikinci gündür ki, etibarlı valyutalar qarşısında möhkəmlənməkdədir. Londonda "Royal Bank of Canada" qlobal valyuta strategiyası şöbə rəhbəri Adam Kol birjalardakı mövcud vəziyyətlə bağlı şərh verib: "Mən bu trendlə qısa zaman ərzində mübarizə etməzdim. Gördük ki, Çin riskdən qaçış hücumlarının mərkəzində dayanıb. Uzunmüddətli etibarlılıq vəd edən Çinlə bağlı narahatlığımız var. Lakin hazırda Çin risk ehtimalına qarşı etibarlı olduğu üçün bu, yen və avro üçün mənfi vəziyyət yaradır".
 
BAKU.WS