SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən iri neft istehsalçıları Qətərin paytaxtı Dohada görüşəcək.
 
BAKU.WS-in məlumatına görə, Səudiyyə Ərəbistanın neft naziri Əli al-Nəimi Rusiya və Venesueladan olan həmkarları ilə bir araya gələcək. Danışıqların bağlı qapılar arxasında aparılacağı güman edirl'r. Yığıncağın gündəliyində əsas məsələnin neft qiymətləri olacağı gözlənilir. Səudiyyə Ərəbistanı və Rusiya mövzu ilə əlaqədar olaraq heç bir açıqlama verməyib. 

Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr İttifaqı (OPEC) xaricindəki böyük istehsalçılarla əməkdaşlıq olmadan kvotanı azaltmağa getməyə yanaşmır. Rusiyanın ən böyük neft istehsalçısı "Rosneft"in rəsmisi İqor Seçin ötən həftə mətbuata açıqlamasında ənənəvi bazarları qoruyacaqlarını söyləyib. 

Neft bu il ərzində 1 barel üçün 30 dollar civarında dəyişir. Bu vəziyyət neftdən asılı ölkələrin iqtisadiyyatında ciddi problemlər yaradır. Məhz bu səbəbdən iri neft istehsalçılarının neftin istehsal həcmini azaldaraq qiymətlərə təsir edəcəyi güman edilir.
 
BAKU.WS