VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuzu aldadıblar.
 
BAKU.WS-in məlumatına görə, ticarət mərkəzində alış-veriş edərkən Kenan Yavuzun kredit kartında problem yaranıb. Dərhal banka zəng edən "SOCAR Turkey Energy" şirkətinin rəhbəri bankdan verilən cavab qarşısında təəccüblənib.
 
Bankın nümayəndəsi Yavuza "Kredit kartınızı itirdiyini söyləyərək ləğv etdirmisiniz. Yeni kredit kartınızı da sizin ünvanınıza göndərdik" deyə söyləyib. Yavuz belə bir müraciət etmədiyini ifadə edərək kredit kartını ləğv etdirib. Aparılan araşdırmada iş adamı tərəfindən ləğv edilən yeni kredit kartından 150 min TL (80 min) pul çıxarıldığı məlum olub. 
 
Şəxsiyyəti məlum olmayan fırıldaqçılar iş adamı Yavuzun şəxsiyyət vəsiqəsində olan məlumatları bank nümayəndəsinə verərək özünü iş adamı olaraq tanıtıb. Kedit kartını itirdiyini ifadə edən fırıldaqçıların yeni kart istədiyi ortaya çıxıb. Kartın göndərilməsi üçün də yeni bir ünvan və yeni bir telefon nömrəsi müəyyən olunub. 
 
Aparılan araşdırmalardan sonra kartı əldə edən şəxs ələ keçirilib və həbs edilib. Hadisə ilə əlaqədar davam etdirilən istintaqda 2 adam daha müəyyən edilib. Polis hazırda bu 2 şübhəlini axtarır.
 
BAKU.WS