VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bloomberq ekspertləri 10 ölkənin valyutasında devalvasiyası ola biləcəyini güman edirlər. 

BAKU.WS-in məlumatına görə, analitiklər hesab edir ki, Rusiya milli valyutası rublun məzənnənin ucuzlaşması postsovet məkanındakı ölkələrə ciddi təsir edir. Qazaxıstan təngəsinin 35,5% ucuzlaşması da digər valyutalara neqativ təsir edir. Xüsusilə son proseslər Tacikistan və Türkmənistan valyutalarından yan keçməyəcək. 
 
Eksperlər həmçinin, Ermənistan milli valyutası olan dramın da devalvasiyaya uğrayacağını proqnozlaşdırırlar. Dram son 12 ayda 15% ucuzlaşıb. Rublun dollar qarşısında dəyər itirməsi Ermənistan valyutasına təsirsiz ötüşməyəcək.
 
Səudiyyə Ərəbistanının milli valyutası olan rialın da ucuzlaşması istisna edilmir. Blumberq ekspertlərinin proqnozuna görə, problemlər həmçinin misir funtu, türk lirəsi və Qırğızıstan somunu da gözləyir.
 
ŞAHİN Həbibov 
BAKU.WS