VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rəsmi Tehran Türkiyədə PKK-nın hücumuna məruz qalan tır və avtobuslarının daha ciddi şəkildə qorunması üçün Ankaraya nota verib.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Türkiyənin Tehran səfiri Rza Hakan Tekin Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfi vətəndaşların və nəqliyyat vasitəsilərinin Türkiyə torpaqlarında hücuma məruz qalmasından narahatlıq duyduqlarını və Ankaradan daha ciddi tədbirlər görməsini tələb ediblər.

Qeyd edək ki, iyul ayının sonlarından bu günə qədər İrana aid doqquz TIR və bir sərnişin avtobusu PKK terror təşkilatının hücumuna məruz qalıb. Bu hücumlarda bir İran vətəndaşı həyatını itirib.

Tehran rəhbərliyi həmçinin, Ankara-Tehran qatarının PKK tərəfindən hücuma məruz qalmasınna görə iki ölkə arasındakı qatar səfərlərini təxirə salıb.
 
Ayşən Ayxan
BAKU.WS