VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. "Qarabağ" futbol klubunun azarkeşlərinin "Xəzər Lənkəran" klubu ilə matçda meydana limon atmaları kluba baha başa gəlib. 
 
BAKU.WS-in məlumatına görə, toplantıda 6 fevral 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XX turunun "Qarabağ” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 2-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. 

Qeyd edək ki, azarkeşlər meydana limon atıblar. 
 
BAKU.WS