VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

"Ailəm xərclərimi qarşılaya bilmir. Ona görə də dərsdən sonra çalışmağa məcburam. Bəzən dəsrlərimə heç vaxt ayıra bilmirəm".


Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Əliyeva Aytən deyib. Gənc qız ali məktəbə daxil olduqdan sonra uzun illər yaşadığı Ağdaş rayonundan Bakıya köçüb. Aytən hələ uşaqkən atasını avtomobil qəzasında itirdiyi üçün onun bütün xərcləri anasının üzərinə düşür.


Maddi durumu çətin olan gənc qız oxumaqla yanaşı paytaxtda marketlərin birində satıcı işləyir: "Dərsdən sonra ərzaq dükanında satıcı işləyirəm. Bundan əlavə, boş vaxtlarımda tərcüməçilik edirəm və əlavə pul qazanıram. Maaşım az olduğu üçün kirayə haqqı ilə yol pulumu güclə ödəyirəm. Elə gün olub ki, ac qalmışam. İmtahan ərəfəsi işləyə bilmədiyim üçün maddi sıxıntılarım daha çox olur”, – deyə tələbə qız söyləyir.

 

Təəssüf ki, bu gün ölkədə Aytən kimi çətinliklər çəkərək təhsilini davam etdirən gənclərin sayı az deyil. Avqustun sonu və ya sentyabrın əvvəlində tələbələr paytaxta axın edəcək və kirayə ev axtarışına başlayacaqlar. Bəs görəsən hazırda Bakıda kirayə evlərin qiyməti neçəyədi? BAKU.WS sizin üçün kirayə bazarındakı vəziyyəti araşdırıb.  

 

 

 

Rayonlardan Bakıya təhsil dalınca gələn gənclərin ailəsi heç də bütün xərcləri ödəyə bilmir. Bu problemin əsas kökündə isə universitetlərin yataqxanalarının olmaması dayanır. Təhsil üzrə ekspert Nadir İsrafilov hesab edir ki, problemi kökündən həll etmək üçün təhsil müəsissələrində xaricdəki kimi kampuslar yaradılmalıdır.

 

Mütəxəssisin fikrincə, universitetlərdə kampuslar olsa tələbələrimizin çətinliyi azalar və artıq bütün diqqətinləri təhsilə ayırırarlar: "Azərbaycanda tələbə həyatı kənardan maraqlı və cazib görünsə də, realda olduqca çətin və məsuliyyətlidir. Tələbələrimiz məişət problemlərindən dolayı dərslərinə yetəri qədər zaman ayıra bilmirlər. Bir çoxu bölgələrdən oxumağa gəlir. Universitetlərdə yataqxanalar olmadığı üçün kirayə qalmalı olurlar. Kirayə haqları da bir tələbənin maddi durumuna görə olduqca bahadır. Bundan əlavə, yol pulu, gündəlik xərcləri də üzərinə gəlsək tələbələrimizin nə qədər çətinlik çəkdiyini anlamış oluruq. Universitetlərdə kampuslar olsa tələbələrimizin çətinliyi azalar və artıq bütün diqqətinləri təhsilə ayrırarlar. Ancaq təəsüflər olsun ki, Azərbaycanda bu sistem hələ də yaradılmayıb. Həmçinin elektron kitabxana sisteminə də keçmək lazımdır. Tələbələr günlərinin çox hissəsini kitabxanalarda keçirirlər. Universitetlərdə elektron kitabxana sistemi yaradılsa bu çətinlikləri də aradan qalxmış olacaq.” – deyə N. İsrafilov BAKU.WS–ə açıqlamasında söyləyib.

 

Azərbaycanda yataqxana hələlik yalnız bir universitetdə var. Digər universitetlərin köhnə yataqxanaları isə ya yararsızdır, ya da tikiləcəyi planlaşdırılır. Ancaq fakt göz qarşısındadır. Universitetlər ödənişli təhsil alan tələbələrə belə xarici universitetlərdən fərqli olaraq əlavə xidmətlər göstərmir. Ali məktəblər tələbəyə yalnız təhsil xidməti göstərir. Azərbaycandan fərli olaraq xarici universitetlərdə vəziyyət tamam başqadır.


Belə ki, ABŞ-ın ən qədim ali təhsil ocağı sayılan Harvard Universitetinin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Kampusda yerli (şəhər) və şəhərkənarı kampuslar mövcuddur, tələbələrin çoxu şəhərkənarı kampuslarda cəmləşib. Tələbə universitetdə təkcə auditoriya, laboratoriya, kitabxanadan deyil, digər xidmətlərdən də istifadə edir. Burada o, idmanla məşğul olur, əylənir, mədəni səviyyəsini artırır, ictimai həyatda fəal iştirak edir. Ötən illə müqayisədə Bakıda evlərin kirayə qiymətlərində 50 manata qədər artım var. Sentyabrın əvvəllərində yeni tədris ilinin startı ərəfəsində tələbatın artımı ilə əlaqədar qiymətlərin bir qədər də artacağı gözlənilir. 


Ayşən Ayxan

BAKU.WS