SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Valyuta Fondu (BVF) neft istehsal edən ölkələrə xəbərdarlıq edib.
 
BAKU.WS-in məlumatına görə, BVF-in rəhbəri Khristina Laqard neft qiymətlərindəki enişin bir çox istehsalçı ölkədə iqtisadiyyatı təhdid etdiyini söyləyib. Lagard "Bu vəziyyət yuxularımı qaçırır" deyərək vəziyyətin nə qədər ciddi olduğuna işarə edir.
 
BVF rəhbəri neft qiymətlərindəki kəskin ucuzlaşmanın davam etməsi halında iqtisadiyyatı neftdən asılı olan ölkələrin çox ciddi problemlərlə üzləşəcəyini vurğulayıb:
 
"Bu müddətdə istehsal siyasətində diqqətli olunmalıdır. Nigeriyanın ixracatının 90%-i və milli gəlirinin 60%-i neft gəlirlərindən ibarətdir. Azərbaycan və Venesuelada da bənzər bir vəziyyət müşahidə olunur", - deyə K.Laqard əlavə edib.
 
BAKU.WS