VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. 

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il oktyabrın 8-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. 

Gündəlikdə Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinə görə Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

Şahin
BAKU.WS