VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün axşam saatlarında Bakının əsas yollarından biri bağlanacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu çərçivədə axşam saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Ziya Səccad
BAKU.WS